
Yunanıstan baş naziri Aleksis Tsipras artıq bir neçə ildir ki, fərqli həyat tərzi ilə gündəmdədir. Gununsesi.info xəbər verir ki, o, ən mühüm tədbirlərə belə qalstuksuz gəlir. Tsipras bu addımını ölkəsi borc bataqlığından çıxmayınca davam etdirəcəyini deyir. Heç bir dinə sitayiş etməyən baş nazir Aleksis Tsipras
hətta 20 illik həyat yoldaşı ilə rəsmi nikahla evli deyil.
Xatırladaq ki, yunan baş nazir Türkiyədə səfərdə olarkən qardaş ölkənin Prezidenti Rəcəp Tayyib Ərdoğan ona qalstuk hədiyyə etmişdi. Tsiprasın Türkiyə səfəri zamanı ona hədiyyə etdiyi qalstuku taxmadığını görən Ərdoğan “Where is kravat?” – deyə soruşduqda Tsipras “Gələn dəfə” deyərək cavablandırmışdı.
Həmin maraqlı videonu sizə təqdim edirik :
https://www.youtube.com/watch?v=fo9kJ3uXqNY
Arzu Səyyad
Gununsesi.info