Kabilin mərkəzində Əfqanıstan Prezidenti Əşrəf Qaninin inauqurasiyası zamanı iki raket düşüb. Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, insident nəticəsində iki nəfər xəsarət alıb.
“Raketlərdən biri parkın, digəri Serena hotelinin yaxınlığında düşüb, iki nəfər yaralanıb”, – agentliyin həmsöhbəti qeyd edib.
“ToloNews” telekanalının məlumatına görə, Qani şəxsən özü qonaqları mərasimi saxlatdırmamağa çağırıb.
“Bir və ya iki partlayışdan qorxmayın, öz yerlərinizdə qalın”, – Qani xahiş edib.