Qar uçqunu 4 nəfərin həyatına son qoydu

  • By admin
  • 02 Mart 2018 21:50

Fransanın cənubunda, Antron kurortunda baş verən qar uçqunu nəticəsində 4 nəfər ölüb, daha 1-i xəsarət alıb.

Məlumata görə, xilasedici əməliyyat zamanı 4 xizəkçinin meyiti aşkarlanıb, 1 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb, daha 1 nəfərin itkin düşdüyü bildirilir.

Ötən ilin payızından etibarən Fransada baş verən qar uçqunları 16 nəfərin həyatına son qoyub, 11 nəfər xəsarət alıb.

Gununsesi.info