“Qarabağ” Azərbaycanı 33-cü etdi

  • By admin
  • 24 Avqust 2017 08:40

cempionlar_liqasi

Danimarkanın “Kopenhagen” klubunu iki oyunun cəmində üstələyən “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Gununsesi.info xəbər verir ki, ölkəmiz qitənin ən nüfuzlu klub turnirinin tarixinə əsas mərhələdə təmsil olunan 33-cü ölkə kimi düşüb.

Belə ki, 1992-ci ildən indiki formatda təşkil olunan yarışın 25 illik tarixində 32 ölkə əsas raundda təmsil olunmuşdu. Azərbaycan klubları isə cari mövsümədək III təsnifat mərhələsindən irəli gedə bilməmişdi. Öncə pley-offa ardınca isə qrupa yüksələn “Qarabağ” ilklər sayəsində ölkəmizi 33-cü edib.

Gununsesi.info