“Qarabağ” “Çelsi”yə qarşı

  • By admin
  • 22 Noyabr 2017 09:51

Bu gün “Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

Gununsesi.info-nun məlumatına görə, Ağdam təmsilçisi İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək.

“Qarabağ” “Çelsi”yə uduzsa və “Atletiko” “Roma”nı üstələsə, Azərbaycan çempionunun qrup sonuncusu olması rəsmiləşəcək.

Çempionlar Liqası

V tur, C qrupu

22 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Gununsesi.info