“Qarabağ” ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

  • By admin
  • 30 Avqust 2017 10:24

olimpiya_stadionu

 

“Qarabağ” klubu Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı UEFA ilə razılıq əldə olunub.

“Qarabağ”ın Bakı Olimpiya Stadionunda ilk matçı sentyabrın 27-də baş tutacaq. Komandamız həmin gün “Roma”nı qəbul edəcək.

Oktyabrın 18-də “Atletiko” və noyabrın 22-də “Çelsi” ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.
Qeyd edək ki, C qrupunda yer alan “Qarabağ”ın ilk oyunu “Çelsi”yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək: 

 12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ”

27 sentyabr

“Qarabağ” – “Roma” (İtaliya) 

18 oktyabr

“Qarabağ” – “Atletiko” (İspaniya) 

 31 oktyabr

“Atletiko” – “Qarabağ” 

12 noyabr

“Qarabağ” – “Çelsi” 

5 dekabr

“Roma” – “Qarabağ”

Gununsesi.info