“Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olundu

  • By admin
  • 08 Noyabr 2016 10:58

qarabaq-albaniya

Ağdamın “Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olunub.

Gununsesi.info xəbər verir ki, 2018-ci il dünya çempionatını seçmə mərhələsi çərçivəsində İsrailə qarşılaşacaq Albaniya millisinin baş məşqçisi Covanni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan biri də “Qarabağ”ın müdafiəçisi Ansi Aqollidir.

Ağdam klubunun üzvü noyabrın 12-də doğma meydanda keçiriləcək oyunda İsrailə qarşı forma geyinə bilər.

Gununsesi.info