Sudanlı qadınlar Vasif İsmayılın gözündə - MƏŞHUR HƏKİM ONLARDAN YAZDI

  • By admin
  • 08 Noyabr 2016 10:55

vasifis

Uzman-doktor Vasif İsmayıl Sudanda olub. Məşhur həkim özünün sosial şəbəkədəki hesabında sudanlı qadınlar barəsində müşahidələrini yazıb. Gununsesi.info həmin qeydləri təqdim edir:

 

Sudan Afrikanın şimalında yerləşən, ərəblərlə Afrika irqinin birləşdiyi yerdədir. Dindar bir yerdir. Belə deyim, orada namazın faydaları müzakirə edilmir – vaxtı gələn kimi hamı qalxıb namaza gedir.

Qarşılaşdığımız insanların 20%-nin adı Məhəmməd idi, amma bir dəfə də olsun dini söhbətə rastlaşmadım.  Bəlkə də qısa müddət qaldığımız üçündür.

Sudanda diqqətimi çəkən onların qadınları oldu.

-Qadınların 90%-nin başında yaylıq və ya kəlağayı bənzəri bir şey var.
-İlk fürsətdə bu örtüyü aralamağa çalışırlar.
-Heç bir Sudan kişisinin qadına baxdığını görmədim. Amma sudanlı qadınlar fürsət düşəndə özlərinə bənzəməyən insanları əməlli süzürdülər.
-Sudanlı qadınların əksəriyyətinin artıq çəkisi var.
-Sudanlı qadını həyatını yaşayır. Oxuyur, həkim olur. Tibb bacısı olur. İşləyir. Sevgilisi və ya nişanlısının əlindən tutub Nil kənarında gəzintiyə çıxır. Sudanın səhiyyə naziri qadındır.
-Sudan qadını ərəb olsa da, qətiyyən Ərəbistan və ya
Əmirlikdəki kimi ərinin arxasından gəzən kölgə deyildir. Bu qədər dindar yerdə vətəndaş olmağa çalışır. Öz həyat yoldaşı haqqında şəxsiyət kimi danışan sudanlı kişilər gördüm.

Əşşi, ən vacibini axıra saxladım.

Sudanlı qadınların əksəriyyəti gözəldir.

Moldaviyalılar xoşdur.
Yunan qızları simpatikdir.
Sudanlı qadınlar (təkcə qızlar deyil) gözəldir.

Upd. Sudanda niqablı 2 xanım gördüm. Birinə hava limanında rastladım. Amma qarşılaşdığım qadınların 5%-nin başı ümumiyyətlə açıq idi.

sudan