Hadı Rəcəbli Qarabağ qaziləri ilə görüşdü - TƏKZİB

  • By admin
  • 08 Noyabr 2016 10:48

hadi_qaziler-1_1478545440

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son günlər sosial şəbəkələr və mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Komitə sədrinin Qarabağ müharibəsi veteranlarına və əlillərinə tətbiq edilən və ya təklif olunan imtiyazların əleyhinə növbəti dəfə çıxması onun sərt şəkildə tənqid olunmasına səbəb olub.

Gununsesi.info qaziler.az-a istinadən xəbər verir ki, bu təklifə görə ictimaiyyətin hədəfinə gələn H. Rəcəbli bir qrup Qarabağ qazisi ilə görüş keçirib. Bu barədə Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, görüş səmərəli olub: “Zaman-zaman hakimiyyət nümayəndələrinin Qarabağ qazilərinə qarşı xoşagəlməyən münasibətlərinin şahidi olmuşuq. Bundan əvvəl Hadi Rəcəblinin əlillərlə bağlı fikirləri olmuşdu və onun üstünə çox gedilmişdi. Qazilərin dərman məsələsi ortaya çıxandan əvvəl tədbirlərin birində təsadüfən Hadı Rəcəbli ilə görüşdüm. O, səmimi şəkildə mənə bildirdi ki, elə bir söz deməmişəm. Onun ardınca Milli Məclisdə çıxışları olmuşdu, onu mənə göndərdi. Bu görüş təxminən oktyabrın 20-də olmuşdu.

Hələ o zaman bu söhbət ortaya çıxmamışdı. Hadi Rəcəbli barəsində mətbuatda gedən fikirləri təsdiq etmir. O deyir ki, fikirlərim təhrif olunub. Bu gün deputatların, vəzifə sahiblərinin həyat tərzi ilə bizimki eyni deyil. Ona görə də haqlı olaraq əhali arasında onlara qarşı narazılıq var, yaşam tərzinə görə. Necə olur ki, vətən uğrunda döyüşüb iki ayağını itirən oğlana 75 manat pensiya verilir və deyirlər ki, get yaşa. Amma bir deputat özü üçün hər cür şəraiti qurur. Bizə gələndə isə bu olmur. Əlillərlə bağlı hər hansı bir məsələ olanda sözümüzü daim deyirik, problemləri qaldırırıq. Heç kimdən qorxumuz, çəkinəcəyimiz yoxdur. Hadi Rəcəbli isə konkret deyir ki, belə bir söz deməmişəm. Bundan sonra nə deyə bilərik?”

Gununsesi.info