Azərbaycanlı zəvvarlar terrora məruz qaldılar - Bir nəfər yaralandı

  • By admin
  • 08 Noyabr 2016 10:42

samire

Ötən gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusu da xəsarət alıb.
Gununsesi.info islamazeri.az-a istinadən xəbər verir ki,  bu barədə zəvvarlardan biri danışıb. O, qeyd edib ki, hadisə zəvvarlar Samirrada ziyarətgahda olan zaman baş verib:
“Partlayış səsi eşidildi. Məlum oldu ki, zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb”.

samire1

Gununsesi.info