Hande Yener nişanlandı

  • Müəllif: admin
  • 08 Noyabr 2016 10:36

hande

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən gecə məşhur türk müğənnisi Hande Yener uzun müddətdir sevgili olduğu aktyor Cem Şenol ilə nişanlanıb. Hər iki tərəfin ailələrinin iştirak etdiyi mərasimdə qonaqlar arasında Polad Yağcı, Hakan Akkale, Aylin Coşqun kimi məşhur simalar da yer alıb. Nişan mərasimi müğənninin Boğaz mənzərəli evində baş tutub. Hande Yener Cem Şenol üçün öz əlləri ilə qəhvə hazırlayıb. Onu da qeyd edək ki, cütlüyün üzüklərinin bağını məşhur prodüsser Polad Yağcı kəsib. Gizli saxlanılan nişan Polad Yağcı və Aylin Coşqunun sosial şəbəkələrdəki paylaşımları ilə ortaya çıxıb.

Gununsesi.info