“Qarabağ” növbəti qələbəsini qazandı

  • By admin
  • 13 Oktyabr 2017 17:46
59e0c3a2d0198_1507901680212381570_1000x669
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start verilib.
Gununsesi.info xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçın ilk hissəsində hesab açılmayıb.
Görüşün fovariti sayılan “Qarabağ” ikinci hissənin sonlarında hesabı açmağa nail olub. Oyunun 85-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu dublunu rəsmiləşdirib.
Beləliklə, oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun növbəti oyunları çərçivəsində oktyabrın 14-də “Zirə” klubu “Kəpəz”i, “Sumqayıt” komandası “Qəbələ”ni, ertəsi gün isə “Səbail” “Neftçi”ni qəbul edəcək.
Gununsesi.info