“Qarabağ” PAOK-u cavabsız qollarla məğlub etdi 

  • By admin
  • 20 Oktyabr 2016 22:57

qarabag

 

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

Gununsesi.info-nun məlumatına görə, turnirdəki təmsilçilərimizdən “Qarabağ” bu tur öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb.

Keçirdiyi iki görüşün heç birində qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri yunanları məğlub etməklə iddiasını ortaya qoymağa çalışdı. İki qolun qeydə alındığı matçda “köhlən atlar” vacib 3 xal qazanaraq xal hesabını 4-ə yüksəltdi.

 

Gununsesi.info