Ağrıkəsicilər gözlərinizi zədələyir

  • By admin
  • 20 Oktyabr 2016 22:39

d

 

Mütəxəssislər ağrıkəsicilərin istifadəsinin göz problemlərinə zəmin hazırladığını deyiblər. Ən kiçik bir ağrıda ağrıkəsiciyə müraciət edənlərə xəbərdarlıq edilib.

Gununsesi.info deyerler.org-a istinadən bildirir ki,  bizi narahat edən ağrıları sakitləşdirmək üçün istifadə edilən ağrıkəsici dərmanlar, ağrı kəsməkdən çox orqanizmə ciddi zərərlər verir. Çünki adətən reseptsiz alınan bu dərmanlar, insan bədənindəki bir çox orqana mənfi təsir göstərir.

Ağrıkəsici dərmanlar həmçinin, bədəndə yarana biləcək xəstəliklərə də təkan verir. Bağırsaq və həzm sistemində ciddi problemlərə yol açan bu dərmanlar, bəzi göz problemlərinə də zəmin hazırlayır.

Bu səbəbdən də, həkimə müraciət etmədən dərman qəbul etmək həyatınızı təhlükəyə atır.

Gununsesi.info