“Qarabağ” reytinq xalımızı artırdı

  • By admin
  • 30 Avqust 2019 11:11

Çempionlar və Avropa Liqasının pley-off mərhələsindən sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Gununsesi.org xəbər verir ki,  Bakıda “Linfild”ə 2:1 hesabı ilə qalib gələrək ardıcıl 6-cı dəfə avrokubokların qrupuna yüksələn “Qarabağ” ölkəmizə 0.250 xal qazandırıb.

 Bununla da  Azərbaycan son 5 mövsümdəki xallarını 17,750-ə çatdırıb. Ölkəmizin mövqeyi isə dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.
 Gununsesi.org