“Qarabağ” – “Slovan” matçı “Dalğa Arena”da

  • By admin
  • 06 Sentyabr 2016 11:59

Dalga

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ”ımızın Çexiya təmsilçisi “Slovan”la oyunun keçiriləcəyi stadion məlum olub.

Gununsesi.info-nun Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, Qarşılaşma “Dalğa Arena”da baş tutacaq.

Bir neçə gün öncə UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.

Qeyd edək ki, qarşılaşma 15 sentyabr saat 19:00-da start götürəcək.

Anar

Gununsesi.info