“Qarabağ” tarixi oyuna çıxır

  • By admin
  • 02 Avqust 2016 10:20

qarabag

 

Futbol üzrə UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşacaq.

Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona həmyerliləri Mustafa Eyisoy və Kemal Yılmaz kömək edəcəklər. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Andreas Akkelides (Kipr), hakim-inspektoru isə İqor Satçi (Makedoniya) olacaq.

Oyun saat 20:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan ilk oyunda hesab açılmamışdı.

 

Gununsesi.info