Qarabağda genişmiqyaslı əməliyyatlar Ermənistana dağıdıcı zərbələr vura bilər - VİQEN SARKİSYAN

  • By admin
  • 28 İyun 2017 12:41

qarabagda muharibe

Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanması Ermənistan üçün ağır fəsadlara yol aça bilər.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında Qarabağda genişmiqyaslı hərbi əməliyyatlarla bağlı sualı cavablandırarkən deyib.

Qarabağ münaqişəsinin genişmiqyaslı hərbi əməliyyatlarla həll etməyin mümkünsüzlüyünü dilə gətirən erməni nazir bildirib ki, Azərbaycan tərəfinin hansı qərar verəcəyi barədə düşünmək belə çətindir: “Mən müəyyən mənada əminəm ki, genişmiqyaslı müharibə olmamalıdır. Bu yolla Qarabağ məsələsini Azərbaycanın xeyrinə tam həll etmək mümkün deyil”.

Bununla belə, erməni nazir genişmiqyaslı hərbi əməliyyatların olmasını da istisna etməyərək, belə bir təhlükənin olduğunu dilə gətirib: “Belə olarsa, Ermənistan Azərbaycana ciddi ziyanvurucu zərbələr vuracaq, ancaq Azərbaycanın da cavabı reaksiyasından Ermənistan ciddi ziyan çəkəcək. Dağıdıcı zərbələrə tuş gələ bilərik”.

Sarkisyan sonda qeyd edib ki, genişmiqyası hərbi əməliyyatlar üçün müxtəlif formalı insidentlər və təxribat xarakterli hərəkətlər yetərlidir.

Mürtəza

Gununsesi.info