
Əfqanıstanın paytaxtı Kabilin Qarabağ mahalında NATO hərbçilərini daşıyan kortejə təşkil edilən kamikadze hücumu nəticəsində 4 nəfər ölüb, 6-sı isə yaralanıb.
Axar.az xəbər verir ki, üzərində qadın paltarı olan bir şəxs Qarabağ icra nümayəndəliyi qarşısında xidmətdə olan hərbi avtomobilə yaxınlaşıb və özünü partladıb.
Ölənlərdən birinin NATO əsgəri, 3-nün isə mülki şəxs olduğu deyilir.
Bundan əlavə, 5 hərbçi və 1 tərcüməçinin də yaralandığı qeyd edilib.
Xatırladaq ki, bir neçə gün öncə sözügedən mahalda ABŞ hərbi kortejinə də kamikadze hücumu təşkil edilmişdi.
Gununsesi.info