Qarabağda SON VƏZİYYƏT - General AÇIQLADI

  • By admin
  • 15 Dekabr 2020 12:05

 Dağlıq Qarabağda bütün təmas xətti boyunca atəşkəsə riayət müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Atəşkəs rejimi bütün təmas xəttində müşahidə olunur”, – o deyib.

Qeyd edək ki, 11 dekabrda Xocavəndin Ağoğlan (Hadrut) qəsəbəsində təxribat qeydə alınmış, nəticədə hər iki tərəfdən ölü və yaralılar olmuşdu.

Gununsesi.info