“Qarabağ”dan bir gündə iki yoxlama oyunu

  • By admin
  • 22 Yanvar 2017 11:48

qarabag

 

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyununu keçirəcək.

Qol.az-ın xəbərinə görə, Ağdam klubunun ilk rəqibi Qazaxıstanın “Atırau” komandası olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə “Qarabağ” Polşanın “Termalika” klubu üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtıyla saat 18:30-da start götürəcək.

Gununsesi.info