“Qarabağ”dan sponsorAÇIQLAMASI

“Qarabağ”dan sponsor

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin Ağdam klubuna sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Gununsesi.info klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi “Damat” şirkətinin “Qarabağ”a sponsorluq etmədiyini bildirib:
“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu. Doğrudu, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı. Amma hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.

Gununsesi.info

COMMENTS