
Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif”lə (Moldova) səfər oyununun vaxtı açıqlanıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, avqustun 1-də keçirəcək görüş saat 21:00-da balayacaq.
Belə ki, qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif” stadionunda oynanılaacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
“Qarabağ”-“Şerif” oyununun ilk hissəsi 0:0 hesabı başa çatıb. Birinci hissə komandamızın üstünlüyü şəraitində keçsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər.
“Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib – 0:0.
Anar
Gununsesi.info