“Qarabağ”ın futbolçusu evləndi (FOTO) - Eksklüziv

  • By admin
  • 07 İyun 2016 09:20

Gulab

Ötən gün Tovuzda yerləşən Şadlıq Saraylarından birində futbolçu Cavid Tağıyevin toy mərasimi olub. Gununsesi.info-nun Tovuz bürosu xəbər verir ki, 24 yaşlı futbolçu doğulub boya-başa çatdığı Tovuz rayonunda sevdiyi Gülab xanımla ailə həyatı qurub. Toy mərasimində idmançının ailə üzvləri və qohumları ilə yanaşı komanda yoldaşları, dostları və çıxış etdiyi klubun bir sıra rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Cavid Tağıyev “Qarabağ” klubunda 77 nömrəni daşıyır. Yarımmüdafiəçi komandaya 2 il öncə “Azal”dan transfer edilib.

Gununsesi.info