“Qarabağ”ın oyununda 30 min adam olacaq

  • By admin
  • 07 Dekabr 2016 20:01

qarabag

 

Avropa Liqasının sabah keçiriləcək “Qarabağ” – “Fiorentina” oyununda ajiotaj olacaq.

Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, matçın başlanmasına 1 gün qalmış görüşə 15 min bilet satılıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında oyun günü, yani sabah satışa çıxarılan 30 min biletin hamısının alınacağını gözlədiklərini deyib: “Biz gözləyirik ki, sabah tribunalar tamamilə dolu olacaq”.

Xatırladaq ki, “Qarabağ” – “Fiorentina” oyunu dekabrın 8-i, Bakı vaxtı saat 20.00-da başlanacaq.

Gununsesi.info