“Qarabağ”ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirdi

  • By admin
  • 22 May 2022 12:35

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib.

Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb. Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

Gununsesi.info