“Qarabağ”ın qolu Mahir Mədətovun adına yazıldı

  • Müəllif: admin
  • 26 Fevral 2018 13:00

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib. 

Gununsesi.info PFL-ə istinadən xəbər verir ki, oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən, qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb.

“Qarabağ” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Gununsesi.info