
İdmançı Kamil Zeynallı “Qarabağ”ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi. K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan “Atletiko Madrid” və “Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.
K.Zeynallı təyyarədə olarkən “Instaqram” vasitəsi ilə canlı yayıma qoşulmuş, “Məhəmməd Maqa” adlı “Instaqram” istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə söyüşlər söymüşdü.
Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verməsə də, bu gün Bakıya qayıdan “Qarabağ” klubunun təyyarəsində Kamilin də gəlməsinə icazə verilməyib.
Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyi, Bakıya özünün qayıtmasını bildiriblər.
Xatırladaq ki, “Qarabağ” Madriddə “Atletiko Madrid” ilə 1-1 heç-heçə edib.
Gununsesi.info












