“Qarabağ”ın rəqibindən gözlənilməz istefa

  • By admin
  • 07 Noyabr 2017 10:31
İngiltərənin “Çelsi” klubunun texniki direktoru Maykl Emenalo istefa verib.
Gununsesi.info xəbər verir ki, 10 il idi London klubunda bu vəzifədə çalışan sözügedən şəxsin istefasını artıq “zadəganlar”ın rəsmi saytı da təsdiqləyib.
İngiltərə mətbuatının yaydığı məlumata görə, Emenalonun istefasına səbəb onun baş məşqçi Antonio Konte ilə klubun vitse-prezidenti Marina Qranovskaya arasında yaranmış münaqişəyə qarışmaq istəməməsidir.
O da qeyd olunur ki, geridə qalan illərdə böyük inam bəslədiyi Emenalonun istefası “Çelsi”nin sahibi Roman Abramoviç üçün gözlənilməz və sarsıdıcı olub.
“Çelsi” UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la bir qrupda mübarizə aparır.

Gununsesi.info