“Qarabağ”ın təcrübəli müdafiəçisi Bədavi Hüseynov 35 yaşını qeyd edib

İyulun 11-də Azərbaycan futbolunun tanınmış simalarından, “Qarabağ” Futbol Klubunun və uzun illər Azərbaycan milli komandasının formasını geyinmiş Bədavi Hüseynovun 35 yaşı tamam olub. 
Gununsesi.info xəbər verir ki, peşəkar karyerası ərzində sabit və etibarlı oyunu ilə seçilən Bədavi Hüseynov 2012-ci ildən “Qarabağ”ın uğurları üçün mübarizə aparır.
O, Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasındakı çoxsaylı çempionluqlarında, ölkə kuboklarının qazanılmasında və UEFA turnirlərindəki tarixi uğurlarında əsas fiqurlardan biri olub.
2026-cı ilin yayında klub onunla müqaviləni 2027-ci ilin yayına qədər uzadıb. Müdafiənin liderlərindən sayılan Bədavi Hüseynov həm də uzun illər Azərbaycan milli komandasının şərəfini qoruyaraq beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib. Peşəkarlığı, liderlik keyfiyyətləri və əzmkarlığı ilə azarkeşlərin rəğbətini qazanan futbolçu Azərbaycan futbolunun yaddaqalan simalarından biri hesab olunur.
Bədavi Hüseynovu 35 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və həm futbol, həm də şəxsi həyatında yeni uğurlar arzulayırıq.