Qarayev Masallıda vətəndaşları qəbul edəcək

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 11:03

abulfes

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 24-də Masallıda vətəndaşları qəbul edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

Gununsesi.info