Qardaşı oğlu bibisinin evindən oğurluq etdi

  • By admin
  • 08 Sentyabr 2016 15:23

 

ogru

Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş  Bəsdiqız Ağayeva yaşadığı Ağababa küçəsindəki fərdi yaşayış evindən oğurluq olunması barədə məlumat verib.

Gununsesi.info xəbər verir ki, Sumqayıt Polis İdarəsinin əməkdaşların keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən  21 yaşlı Arif Ağayev və  17 yaşlı Elbrus Əhmədov saxlanılıb. Polis ərizə ilə  müraciət edən qadına, şübhəli şəxslərin saxlandığı xəbər verilib. Bölmədə üzləşmə zamanı qadın saxlanılan şəxsin qardaşı oğlu olduğunu görüb.

Sumqayıt Dövlət Universitetinin riyaziyyat və mexanika fakültəsinin 4-cü kurs tələbəsi olan yaşlı Arif Ağayev qonşuluqda yaşayan 17 yaşlı Elbrus Əhmədovla əlbir olaraq cinayəti törədəib. Onlar mənzilindən 1500 manat nağd pul və ov silahı oğurlayaraq, vətəndaşa xeyli miqdarda maddi ziyan vurublar.  Təhqiqat araşdırması zamanı məlum olub ki, 17 yaşlı Elbrus Əhmədov hadisə zamanı evin həyətində pusquda durub.

Qeyd edək ki, 21 yaşlı Elbrus Əhmədov ötən il eyni əmələ görə məhkum olunub. Məhkəmə onun tələbə olduğunu nəzərə alaraq, cərimə kəsməklə kifayətlənib.

Gununsesi.info