Qardaşının maşını üçün başqasının maşınınından oğurluq etdi

  • Müəllif: admin
  • 29 Oktyabr 2016 10:10

ogru

Qardaşının avtomobilinin ehtiyat hissəsini mağazadan almaq əvəzinə başqa bir avtomobilin ehtiyat hissəsini sökərək oğurlayan şəxsi Nərimanov polisi saxlayıb. Oğurluq edərkən onun yanında maşınını təmir edən usta da olub. Bu azmış kimi oğurluq edən şəxslər avtomobildən naotbuk da götürüblər.

Gununsesi.info xəbər verir ki, Nərimanov Rapyon Pois İdarəsinə ərizə ilə müraciət edən rayon sakini ə Namiq Məmmədov  ona məxsus “Chevrolet” markalı  avtomobildən noutbuk və maşına aid ehtiyat hissələrinin oğurlandığını bildirib. Dərhal araşdırmalara başlayan polis əməkdaşları həmin cinayəti törətməkdə şübhəli bilinən Ağdam rayon sakini 35 yaşlı Zamiq Quliyev və 32 yaşlı Elşad Cavadovu saxlayıb. Saxlanılan Elşad Cavadov dindirilərkən törətdikləri cinayəti etiraf edib. O, ifadəsində bildirib ki, qardaşının qəzaya uğramış avtomobilinə ehtiyat hissəsi lazım olub. Zamiq Quliyev isə ona həmin hissəni 150 manat müqabilində tapacağını bildirib. Lakin usta sözünə düz çıxmayanda 2 gün sonra Elşad onun yanına gəlib. Bu zaman birlikdə oğurluq etməyi planlaşdırıblar. Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Gununsesi.info