
Müalicəyə gedən müəllimin evi qarət edilib.
Gununsesi.info xəbər verir ki, hadisə 2 həftə öncə Tovuzda baş verib. Rayon sakini Rəqiyyə Cəbiyeva sağlamlığına qovuşmaq üçün paytaxtda yerləşən xəstəxanalardan birinə üz tutur. Elə bu səbəbdən onun mənzili bir müddət sahibsiz qalır. Bundan istifadə edən “qəhrəmanalar” isə qadının evində qiymətli əşya, pul olduğunu zənn edib onları ələ keçirməyə cəhd edirlər. Plan quran dostlar mənzilə daxil olsalarda düşündükləri qədər qənimət əldə edə bilmirlər. Yalnız evdə olan bahalı televizoru oğurlayıb 100 manata satırlar. Dostlar əldə etdikləri pulu bölüb xərcləsələrdə, Tovuz polisi onlara çoxda sevinməyə imkan vermiyib. Həmyaşıdı Tural Əsgərovla növbəti oğurluğu həyata keçirən Emin Həsənov törətdiyi əməldən peşman olduğunu bildirib. Amma onun illərlə cəza cəkməsinə baxmayaraq bir neçə dəfə eyni əməli təkrarlaması, kamera qarşısında peşəkar aktiyor əyləşdiyi təsəvvürünü yaradıb.
Qeyd edək ki, oğurluq etdiyi üçün ilk dəfə saxlanılan 32 yaşlı Tovuz rayon sakini Tural Əsgərov ailənin yeganə övladı subay, dostu əvvələr məhkumluq həyatı yaşayan Emin Həsənov isə 2 övlad atasıdır.
Faktla bağlı araşdırmalar davam etdirlir.

Gununsesi.info











