Qasırğa ciddi tələfata yol açıb - 1 ÖLÜ, 15 YARALI

  • By admin
  • 03 Yanvar 2018 23:00

Fransada baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, Yuxarı Savoy departamentində xizəkçinin üzərinə ağac düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.

“Eleanor” adlı qasırğa nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Güclü külək 200 min evi işıqsız qoyub.

Gununsesi.info