Qatar 7 saat deyil, 7 dəqiqə gecikdi - ABBAS BAĞIROV BAKI-GƏNCƏ SÜRƏT QATARINDAN YAZDI

  • By admin
  • 05 Yanvar 2019 16:12

Sosial şəbəkələrdə və bəzi medua quruluşlarına Bakı-Gəncə qatarının bir neçə saat  yolda qalmasına dair xəbərlər yayılıb. Azərbaycan Dəmir Yolları bu barədə təkzib yaysa da ancaq bununla bağlı müzakirələr səngiməyib.

Bu arada isə həmin qatarda olan tanınmış sənətçi Abbas Bağırov özünün sosial şəbəkədəki  hesabında bu barədə yazıb.

“Günü gündən gözəlləşən Azərbaycan dayanmadan inkişaf edir. Bu bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirir. Azərbaycanın bu cür sürətli inkişafı nəinki regiona, hətta bütün dünyaya nümunədir. Mən bu gün yanvarın 5-də Gəncədən Bakıya yenicə istifadəyə verilmiş sürət qatarı vasitəsilə gəldim. Çox yüksək xidmət, gözəl komfort və dəqiqlik məni valeh etdi. Azərbaycan Dəmir Yollarını bu uğuruna görə təbrik edirəm”.

Abbas Bağırov deyib ki, qatarda gecikmə olub amma bu iddia olunduğu kimi 7 saat olmayıb: “7 dəqiqə gecikmə oldu. Bu da təbiidir. Öz maşınımızla da harasa gedəndə belə hallar olur. Təməli gözəl olan işin gələcəyi də böyük olar.”