Qaxda 85 yaşlı kişi at arabasından yıxılaraq ağır xəsarət alıb

  • By admin
  • 04 May 2017 23:40

download

 

Qax rayonunda bədbəxt hadisə nəticəsində 85 yaşlı kişi ciddi xəsarət alıb.

“Report” xəbər verir ki, 1932-ci il təvəllüdlü Marsan kənd sakini Ömərov Zakir Ömər oğlu at arabasından yerə yıxılıb.

Hadisə kişi bağdan evə qayıdan zaman baş verib. Kənd sakinlərinin köməkliyi ilə o, Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır. Ona kəllə nayihəsinin kəsilmiş-cırılmış diaqnozu qoyulub.

 

 

Gununsesi.info