Qaxda Türkiyə vətəndaşlarının idarə etdiyi   yük maşınları toqquşub

  • By admin
  • 11 İyun 2016 12:17

Qax qeza4

Qaxda Türkiyədən Azərbaycana gələn türk vətəndaşlarının idarə etdiyi yük avtomobilləri qəza törədib. Gununsesi.info xəbər verir ki, sürücülərdən biri ağır yaralanıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Türkiyə vətəndaşı, 51 yaşlı Məhəmməd Kaynarın idarə etdiyi “MAN” markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan 41 yaşlı Kaya Çalışkanın idarə etdiyi yük avtomobilini arxadan vurub .Qəzadan xəsarətsiz ötüşən digər yük avtomobilinin sürücüsünün sözlərinə görə, ondan arxada gələn yük maşınının sürücüsü yuxulu olub.

Qəza nəticəsində Məhəmməd Kaynar aldığı müxtəlif dərəcəli bədən xəsəratləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Gununsesi.info

Qax qeza3

 

Qax qezaa

 

Qax qeza2

 

Qax qeza

 

Qax qezaa1