Saatlıda 2 şəxs narkotik vasitələrə görə saxlanıldı  - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 11 İyun 2016 12:11

Saatli 5

Saatlı polis şöbəsinin keçirdiyi  əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz əkilən 40-dan çox çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb. Gununsesi.info xəbər verir ki, daxil olmuş məlumat əsasında Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə əməliyyat tədbirləri keçirilib. Dadaş Əhmədovun aqrotexniki qaydada becərdiyi narkotik tərkibli çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq aktlaşdırılıb. Digər  əməliyyat  tədbiri  rayonun Fətəlikənd kəndində həyata keçirilib. Həmin kəndin sakini, 39 yaşlı, Rizvan Söhbətovun həyətyanı sahəsində olan istixanada  xüsusi qaydada  qulluq edilərək yetişdirilən  20 ədəd  çətənə  kolu   aşkar  edilib.

Saxlanılan hər iki şəxs törətdiyi cinayət əməllərini etiraf ediblər. Hər iki faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb,  araşdırma aparılır.

Gununsesi.info

Saatli 1

 

Saatli 2

 

Saatli 3

 

Saatli 4

 

Saatli 6

 

Saatli