Qayalıqların arxasında gizlənən şəhər - MONEMVASİYA

  • By admin
  • 15 May 2017 20:50

The castle-town of Monemvasia in Lakonia, Greece

Dünyada fərqli, eyni zamanda gizli yerlər çoxdur. Sahildən baxıldığı zaman nəhəng bir qaya kimi görünən adanın arxasında gizlənən Monemvasiya şəhəri də belələrindəndir.

Mora yarımadasının cənubunda və Yunanıstanın yaxınlığında yerləşən bu gizli şəhər görənləri heyrətə gətirir. Hər kəsi düşündürən yeganə sual isə şəhərin hansı səbəbdən qayanın arxasında salınmasıdır.

375-ci ildə dəhşətli zəlzələ nəticəsində nəhəng bir qaya torpaq ərazidən ayrılaraq dənizin ortasına düşüb. Lakin indi sahil ilə qayalıq arasında əlaqəni təmin etmək üçün yol vardır.

Şəhərin görüntüsü görənləri heyran qoyur. Ensiz küçələr, fərqli üslubda tikilmiş evlər, qalalar turistlərin yaddaşında silinməz izlər qoyur.

VI əsrdə salınan gizli şəhər Monemvasiya 1249-cu ildə katoliklərin əlinə keçmiş, nəticədə dövrün ən əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrilmişdir. İki əsr sonra – 1446-cı ildə venesiyalılar tərəfindən işğal olunan şəhər sonradan Osmanlı İmperiyasının tabeliyinə keçmiş, 1821-ci ilə qədər türklərin hakimiyyəti altında qalmışdır. Bu səbəbdən Monemvasiyada Osmanlı izlərinə rast gəlmək mümkündür.

Onu da qeyd edək ki, məşhur səyyah Övliya Çələbi 1668-ci ildə gizli şəhərə səyahət etmiş, buradakı nərgiz, yasəmən və sünbüllərin ətrinin insanı valeh etdiyi barədə öz əsərində qeydlər aparmışdır.

monem2

 

monem5

 

monem3

 

monem4

 

monem6

 

monem8

 

monem7

Gununsesi.info