Qayığın batması 5 nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 26 Fevral 2018 19:02

Çinin Hunan əyalətində Yuanşuya çayında qayığın batması nəticəsində 5 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, qumdaşıyan qayıqda 6 nəfər olub.

Bir nəfəri xilas etmək mümkün olub. Axtarışlardan sonra digər 5 nəfərin meyiti tapılıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info