Türkiyə avtomobil istehsal edəcək - TARİX AÇIQLANDI

  • By admin
  • 26 Fevral 2018 19:12

Türkiyədə yerli avtomobil istehsalı 2021-ci ildə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib.

Baş nazir vurğulayıb ki, yerli avtomobilin istehsal olunması Türkiyə üçün prioritetdir.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avtomobilin istehsalında iştirak edəcək şirkətlərin adını açıqlamışdı. Onun sözlərinə görə, bu prosesdə “Anadolu Grubu”, BMC, “Kıraç Holding”, “Türkcell” və “Zorlu Holding” şirkətləri iştirak edəcək.

Gununsesi.info