Qaz gəlirlərində 847 milyon dollarlıq kənarlaşma var

  • Müəllif: admin
  • 08 Dekabr 2017 13:46

 

Hasilat sənayesi şirkətlərinin Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyasına təqdim etdiyi məlumatlarda qaz gəlirlərində 84.7 milyon dollarləq fərq yaranıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Komissiyanın 2016-cı il üzrə hesabatının təqdimatında bildirilib.

“Moore Stephens” audit şirkətinin təqdimatında qeyd edilir ki,  hökumətin verdiyi rəqəmlərlə şirkətlərin məlumatlarının üzləşmə prosesində səmt qazında 186 167 min m3 civarında fərq görünüb.

Qaz gəlirləri ilə bağlı yaranmış fəqrlər bununla izah edilir:

– 30 223 min m3 olan fərq Abşeron İnvestment Limites şirkəti tərəfindən texniki səbəbdən  hesabata daxil olunmayıb. Şirkət illik həcmin yerinə aylıq məlumatı təqdim edib.

– 630.2 min 3 olan fərq Karasu Development Company şirkəti tərəfindən ilkin hesabata səhvən salınmayıb.

– 155 313.8 min3 olan fərq SOCAR və BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti tərəfindən verilən hesabatlardakı səmt qazına aid olan müvafiq həcm göstəricilərində yaranmış fərqin səbəbi müxtılif ölçü vahidlərindən istifadə edilməsidir.

Vüsalə

Gununsesi.info