Qazaxıstanda Çin əleyhinə etirazlar keçirilib

  • By admin
  • 27 Mart 2021 20:21

Qazaxıstan hüquq-mühafizə orqanları martın 27-də ölkə boyu bir neçə şəhərdə Çin əleyhinə etirazlar keçirən azı 20 nümayişçini həbs ediblər.

Nümayişçilər Çinin keşmiş Sovet respublikası üzərində artan təsiri və iqtisadi gücünə etiraz ediblər.

Fəallar həmçinin Çinin Sincan regionunda türkdilli icma üzvlərinin, o cümlədən qazaxlar və uyğurların kütləvi həbsini qınayıblar.

Etirazlar Qazaxıstanın ən böyük şəhəri Almatı və paytaxt Nur-Sultan, habelə Oral, Çimkənd və Aktobedə keçiriliblər.

Almatıda yüzlərlə insan bir meydanda toplaşaraq Çinin Qazaxıstanda “ekspansionizm”i qınayıblar. Azı yeddi nəfər mitinqə gedərkən yolda saxlanıb.

Nur-Sultanda da bir neçə insan nümayişə gedərkən yolda saxlanıb. Polis etirazçıların toplanacağı gözlənilən meydanı mühasirəyə alıb.

Etirazları qadağan olunmuş Qazaxıstanın Demokratik Seçimi (DVK) və qeydiyyatdan keçməmiş Qazaxıstan Demokrat Partiyası (DPK) təşkil edib.

Son aylarda Qazaxıstan boyu bir çox fəala DVK-nin fəalliyyətində, habelə qrupun təşkil etdiyi mitinqlərdə iştirak etdiklərinə görə şərti həbs cəzaları verilib.

DVK-yə Qazaxıstanın BTA Bankının firarda olan keçmiş sədri və Qazaxıstan hökumətinin tənqidçisi Muxtar Ablyazov başçılıq edir.

İnsan Haqları qrupları Qazaxıstanın ictimai toplantılarla bağlı qanununun beynəlxalq standartları pozduğunu bildirir, çünki qanuna əsasən mitinq keçirmək üçün rəsmilərdən icazə alınmalıdır, icazəsiz mitinqləri təşkil edən və onlarda iştirak edənlər isə cəzalandırılırlar, baxmayaraq ki, ölkə konstitusiyası vətəndaşları toplaşmaq azadlığı ilə təmin edir.

Qazaxıstan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını təkid edir.

Gununsesi.info