Qazaxıstanda güclü partlayış - VİDEO

  • By admin
  • 17 İyul 2022 21:54

Qazaxıstanın Aktobe vilayətinin Alqa şəhərində “LimanQaz” yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, şahidlər hadisə yerindən görüntüləri internetdə paylaşıblar.

Məlumata görə, tutumu 46 kubmetr olan sistern partladılıb. Partlayış nəticəsində 2 avtomobil və 22 kvadratmetr sahədə yerləşən yanacaqdoldurma məntəqəsinin binası dağılıb.

“Yanğın söndürülməsinə Fövqəladə Hallar Departamentinin 26 əməkdaşı, 7 texnika cəlb olunub. Saat 20.02-dək yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olublar. Heç kim xəsarət almayıb” , – idarədən bildirilib.

Gununsesi.info