Qazi statusundan sui-istifadə edən vətəndaşı polis tənbeh etdi - NÖMRƏSİZ AVTOMOBİL İDARƏ EDİR / VİDEO

  • By admin
  • 03 Yanvar 2022 14:46

Bakıda Qarabağ qazisi dövlət nişanı olmayan avtomobil idarə edir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə yayılan videogörüntülərdə əks olunub. Həmin görüntülərdə polis tərəfindən saxlanılan vətəndaş özünün Qarabağ qazisi olduğunu deyib.
Buna cavab olaraq isə polis onun bu hərəkətinin qanunazidd olduğunu diqqətinə çatdıraraq, əlavə edib ki, bu əməl yolverilməzdir. Öz növbəsində Qarabağ qazisi avtomobilini nömrəsiz idarə etməsini yüksək sürətə meyilli olması ilə izah edib.
Sürücü fəxarətlə sürət həddinin həmişə 150-160 km/saat olduğun deyərək, nömrəni avtomobildən çıxarmasını radara düşməmək istəyi ilə izah edib.
Polis əməkdaşı bu halın daha da pis olduğunu onu diqqətinə çatdıraraq, bir ayağı amputasiya olunan şəxsin belə hərəkətinin yolverilməz olduğunu deyib.
Polislə qazinin dialoqunu əks etdirən həmin görüntüləri təqdim edirik:

Gununsesi.info