Qeydiyyat başa çatdı

  • By admin
  • 28 Avqust 2017 17:10

dim-1

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, qeydiyyat prosesi bu gün saat 17:00‑dək davam edib.

Bu müddətdə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idi.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 25-i saat 17:00‑də başa çatmalı idi. Lakin Dövlət İmtahan Mərkəzi qeydiyyat prosesini 28 avqust saat 17:00‑dək uzadıb.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Gununsesi.info