Qeyri-adi avtomobil qəzası - MAŞIN YOLDAN BİRBAŞA İKİNCİ MƏRTƏBƏYƏ QALXIB (VİDEO)

  • By admin
  • 16 Yanvar 2018 12:16

Sürətlə hərəkət edən avtomobil qəza nəticəsində poliklinikanın ikinci mərtəbəsinə qalxıb.

Gununsesi.info “The Los Angeles Times”ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Santa-Ana şəhərində baş verib.

Belə ki, sükan arxasındakı şəxs narkotik qəbul edərək, avtomobili sürətlə sürüb və nəticədə idarəetməni itirərək, dirəyə dəyib. Göyə qalxan avtomobil stomotoloji klinkanın ikinci mərtəbəsində “eniş” edib.

Hadisə yerinə yanğın söndürən və xilasedicilər gəlib. Maşında iki nəfər olub və xoşbəxtlikdən qəza nəticəsində maşında olanlar ciddi xəsarət almayıblar. Xilasedicilər maşındakıları çıxarıblar. Sürücü narkotik qəbul etdiyini etiraf edib. Xilasedicilər daha sonra maşını ikinci mərtəbədən endiriblər.

Gununsesi.info