“Qırğızıstan” kitabı Azərbaycan dilinə tərcümə edilib

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 14:48

sekil

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan Respublikası parlamentinin deputatı Kanıbəy Kapaşoviç İmanəliyevin “Qırğızıstan” kitabı Azərbaycan dilinə tərcümə edilib.

Bu haqda Gununsesi.info-ya Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib. Belə ki, Azərbaycan oxucularına pulsuz təqdim ediləcək kitabda qırğızların tarixi, mədəniyyəti, adət- ənənələri, atalar sözləri, geyimləri, dahi şəxsiyyətləri haqqında maraqlı məlumatlar  öz əksini tapıb.

Kitabda XIX əsrədək yaşamış xanların adları və hökmranlıq tarixi  runa yazılarına və xidmətlərinə görə, verilib.

Qeyd edək ki,kitabi Azərbaycan dilinə  Munisə Dadaş qızı tərcümə edib.  Kitabın redaktoru tanınmış jurnalist-şair Vəli Əkbərdir. İllüstrasiyalarla nəşr ediləcək kitabdan ədəbiyyatçıların, tarixçilərin, tələbələrin də istifadəsi nəzərdə tutulur.

Bundan başqa tarix elmləri doktoru Beqaliyeva Asel Suvakunovnanın müəllifi olduğu, “1916 cı il Qırğız üsyanı” kitabının da Azərbaycan dilinə tərcüməsi başa çatmaq üzrədir.

Gülnaz Qənbərli

Gununsesi.info