Qırğızıstanda daha 163 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

  • By admin
  • 23 İyun 2020 10:16

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 163 nəfər yoluxub.

Gununsesi.org  bildirir ki, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 519 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 33 nəfər sağalıb, ölənlərin ümumi sayı 30 nəfər, sağalananların ümumi sayı isə 2 054 nəfərdir.

Gununsesi.org